MƏDƏNİYYƏT


Xanımlara maraqlı hədiyyə: Şokoladlardan hazırlanan əl işləri

Xeyri Zeynalova 2 ilə yaxındır hazır və tökmə şokoladlardan müxtəlif əl işləri hazırlayır. Bu işə həvəskar kimi başlasa da, indi müxtəlif sifarişlər götürür. Deyir ki, hazırladığı əl işləri gül büketinə bənzədiyi üçün onun şokoladlardan hazırlandığını görən insanlar təəccüblə qarşılayır. Əridilərək müxtəlif qəliblərdə hazırlanan şokoladlardan hazırlanan əl işlərinə maraq böyükdür. Xeyri xanım gələcəkdə bu işi daha da təkmilləşdirmək və özünə emalatxana açmaq niyyətindədir.