Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsfar Sarabski Avstriyanın Baden şəhərində çıxış edib

10.03.2020 [11:26]

Xəbərin mətni

Martın 9-da Avstriyanın Baden şəhərində Azərbaycanın Əməkdar artisti, pianoçu və bəstəkar İsfar Sarabski və qrupu konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzi və Baden Şəhər Bələdiyyəsinin birgə təşkil etdiyi konsert Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin 80 illiyinə həsr olunub.