Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yel çərşənbəsində Xaçmazdan REPORTAJ

10.03.2020 [13:15]

Xəbərin mətni

Xaçmazda Novruz bayramının İlaxır çərşənbələrinin üçüncüsü - Yel çərşənbəsi qədim adət-ənənələrə uyğun qeyd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Niyazabad kəndində keçirilən bayram tədbirində elimizin qədim adət-ənənələri və mərasimləri nümayiş etdirilib - sac üstündə yuxa bişirilib, buğda təmizlənib, qovurğa qovurulub.
Xalq arasında “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsində qadınlar ilaxır çərşənbə üçün hazırlıq görürlər.