Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nigeriyada futbolçu oyun zamanı dünyasını dəyişdi

08.03.2020 [20:33]

Nigeriyanın “Nasarava Yunayted” klubunun futbolçusu Çieme Martins ölkə çempionatı çərçivəsində “Katsina Yunayted” klubuna qarşı oyunda huşunu itirərək yerə yıxılıb. AZƏRTAC xəbər verir ki, Futbolçu huşunu itirdikdən sonra meydançada duran təcili tibbi yardım maşını işə düşməyib. Nəticədə o, xəstəxanaya jurnalistlərin maşını ilə çatdırılıb. Oyunun sonunda komanda yoldaşlarının ölüm xəbərini eşidən futbolçualr göz yaşlarına hakim ola bilməyiblər. Onların bu üzücü görüntüləri kameralara düşüb.