MƏDƏNİYYƏT


“Avroviziya-2020" müsabiqəsində Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim olunub

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2020" beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin mahnı və klipini təqdim edib. Samira Ədəndi “Kleopatra” mahnısı ilə Rotterdamda (Niderland) səhnəyə çıxacaq. Təqdim olunan mahnının müəllifləri niderlandlı Allan Roy Skott, Sara Leyk və Lyuk Van Birsdir. Bu kompozisiyanın prodüserləri isə müəlliflərdən biri olan Lyuk Van Birs, digəri isə Toni Kornelissendir. Mahnıda etnik motivlər müasir səs ilə ahəngdar şəkildə uzlaşır. Kompozisiyada YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan Milli aləti tar, həmçinin balaban və ud səslənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır