MƏDƏNİYYƏT


Bu gün Yel çərşənbəsidir
Lerikdən REPORTAJ

Elimizin-obamızın qədim bayramlarından olan Novruz təzə gün, təzə ay, təzə il deməkdir. Bu bayramın kökləri qədim dövrlərə gedib çıxır. Ta qədimdən üzü bəri xalqımız ilaxır çərşənbəsinədək təbiətin dörd ünsürünü- su, od, yel və torpaqla bağlı çərşənbələri ayrı-ayrılıqda təntənə ilə qeyd edir. Bu gün ilaxır çərşənbələrdən üçüncüsü Yel çərşənbəsidir. Xalq arasında “Külәk oyadan çәrşәnbә”, “Külәkli çәrşәnbә” kimi də tanınır.