“Lester”in üç futbolçusunda koronavirus əlamətləri aşkarlanıb
13.03.2020 [18:14]
Premyer liqada mübarizə aparan “Lester”in üç futbolçusunda koronavirus əlamətləri aşkarlanıb.
Həmin oyunçuların adı açıqlanmasa da, klubun baş məşqçisi Brendan Rocers artıq onların karantinə alındığını təsdiqləyib. İngiltərə mətbuatı, ümumiyyətlə, premyer liqanın 3 klubunda xəstəliyə yoluxan futbolçuların olması ilə bağlı məlumat yayıb. Amma onlardan yalnız “Lester” belə bir çətin vəziyyətə düşdüyünü ictimaiyyətə bildirib. Qarşıdakı turda premyer liqa oyunlarının azarkeşsiz keçirilməsi planlaşdırılır.