MƏDƏNİYYƏT


İçərişəhərdəki muzeylərin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, COVID-19 (koronavirus) virusuna qarşı ölkədə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın bəzi sosial izolyasiya tədbirləri barədə göstərişlərinə əsasən İçərişəhərdə yerləşən və “İçərişəhər” Dövlət Tarixi memarlıq Qoruğu İdarəsinin strukturuna daxil bütün muzeylərin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.