Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlaxır çərşənbədə Lənkərandan REPORTAJ

17.03.2020 [13:24]

Xəbərin mətni

Bu gün Azərbaycanda Novruzun sonuncu - Torpaq çərşənbəsidir. İlaxır çərşənbədə bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur. İlaxır çərşənbə ilə bağlı tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça bəzədilməsi, qapı pusmaq, şam yandırmaq, bayramlaşmaq, fala baxmaq kimi bir çox adət-ənənələrimiz var.