İtaliyadakı Azərbaycan vətəndaşları Bakıya çarter reysi ilə gətiriləcək
17.03.2020 [21:58]
Xəbərin mətni
Azərbaycanın İtaliyadakı səfirliyi Roma şəhərindən çarter reysi ilə Bakıya yola düşəcək vətəndaşlarımıza müraciət edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, martın 17-də yerli vaxtla saat 20:00-da Roma şəhərinin Fiumicino hava limanından Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Aeroportuna AHY4231 nömrəli birbaşa çarter reysinin həyata keçirilməsi nəzərdə tutulur.