Ağstafalı xalçaçılar üç ildə 300-dən çox xalça toxuyublar
18.03.2020 [15:12]
Xəbərin mətni
“Azərxalça” ASC-nin Ağstafa filialı üç ilə yaxındır fəaliyyət göstərir. Prezident İlham Əliyevin bu il martın 4-də Ağstafa rayonuna səfəri zamanı “Azərxalça” ASC-nin Ağstafa filialı ilə tanışlığı bu müəssisənin kollektivi üçün yeni bir stimul oldu. Burada yaradılan yüksək şərait insanların rahat və əlverişli şəraitdə işləməsindən xəbər verir. Bu filial, həm də regionların sosial-iqtisadi inkişafı fonunda yeni iş yerlərinin açılmasının ən yaxşı göstəricilərindəndir.