Novruz bayramı ilə əlaqədar paytaxtımız bayramsayağı bəzədilib
20.03.2020 [11:00]
Hazırlıq çərçivəsində paytaxtın müxtəlif yerlərində - Fəvvarələr meydanı, Dənizkənarı Milli Park, İçərişəhər və digər yerlərdə dekorasiya işləri görülüb.
Novruz irimiqyaslı bayram kimi yazın gəlişi ilə əlaqədar olaraq qeyd edilir və sevincli hadisələrə - qışın bitməsi və yazın başlamasına həsr olunur. Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.