İDMAN


“Tovuzun Braziliyası” adlanan Qədirli kəndindən REPORTAJ

Ömrünü idmana həsr edən Tovuzun Qədirli kənd məktəbinin idman müəllimi Akif Böyükkişiyev peşəkar futbolçu karyerasını başa vurduqdan sonra təmənnasız olaraq yeniyetmə futbolçular yetişdirməklə məşğuldur.
AZƏRTAC xəbər verir ki, 60 yaşlı veteran futbolçunun məqsədi doğma kəndində istedadlı uşaqları üzə çıxarmaq, onların diqqətini idmana yönəltməklə, zərərli vərdişlərdən uzaq tutmaqdır. Bir-biri ilə qonşu olan Xatınlı, Qədirli, Qaraxanlı və Cilovdarlı kəndlərini indi rayonun “Braziliyası” adlandıranlar da var.