MƏDƏNİYYƏT


Buradakı hər bir əşyanın kədərli, eyni zamanda, qürurlu tarixçəsi var - Döyüş Şöhrəti Muzeyindən REPORTAJ

Ağdam rayonunun Mahrızlı kəndində fəaliyyət göstərən Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyini ziyarət edən hər bir kəs duyğulanır, təsirlənir. Çünki burada nümayiş olunan hər bir əşyanın kədərli, eyni zamanda, qürurlu tarixçəsi var. Muzeydə 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edən və qəhrəmanlıqla həlak olan cəsur azərbaycanlı əsgər Rahib Məmmədovla yanaşı, Qarabağ müharibəsi şəhidlərinin də xatirələri əbədiləşdirilir.