MƏDƏNİYYƏT


Qazaxlı pinəçi 40 il əvvəl sifarişlə tikdiyi çəkmənin sahibini gözləyir REPORTAJ

Göründüyü qədər asan olmayan pinəçilik peşəsi nəinki Azərbaycanda, eləcə də qonşu ölkələrdə də geniş yayılıb. Haqqında söhbət açacağımız Qazax rayon sakini, çəkməçi Aydın Bayramov da öz sənətinə ürəkdən bağlıdır.
AZƏRTAC xəbər verir ki, 80 yaşlı Aydın usta hələ də iş başındadır. Ömrünün 63 ilini bu işə həsr edən çəkməçi rayonda bir vaxtlar məşhur olan Ləzgi Əhmədin yanında şagirdlik edib. Hətta o, çəkməçi işləyə-işləyə ali təhsil alıb.