CƏMİYYƏT


Polis əməkdaşları yaşı 65-dən yuxarı şəxslərə xəbərdarlıq edib

Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər tətbiq edilməkdədir. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün 24 mart 2020-ci il saat 00:00-dan etibarən xüsusi karantin rejimi elan edilib.
Qeyd edək ki, bu müddət ərzində digər zəruri tədbirlərlə yanaşı 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət isə Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə olunub. Qeyd olunan göstərişin icra edilməsi məqsədi iə təyin edilmiş polis naryadları tərəfindən paytaxt ərazisində müşahidələr aparılıb. Park və xiyabanlarda polislər tərəfindən görülən tədbirlər zamanı yaşı 65-dən yuxarı olan sakinlərlə profilaktik söhbətlər edilib.