Evdə qal, təbiəti seyr et!
25.03.2020 [13:31]
Xəbərin mətni
Bu gündən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi özünün “facebook” səhifəsində “Evdə qal, təbiəti seyr et” (#evdəqaltəbiətiseyret) rubrikasına start verir.
Nazirliyin mətbuat katibi İradə İbrahimova AZƏRTAC-a bildirib ki, rubrikada ölkəmizin əsrarəngiz təbiət gözəllikləri, eləcə də milli parkların flora və fauna aləmini əks etdirən filmlər, süjetlər, çarxlar, nümayiş etdiriləcək.