CƏMİYYƏT


“Diplomatiya könüllüləri” də koronavirusla bağlı sosial aksiyalara qoşulublar

COVID-19 infeksiyası ilə mübarizədə Azərbaycanda görülən önləyici tədbirlərə dəstək olaraq Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “Diplomatiya könüllüləri” ‪#DövlətimizBİZimlədir və #EvdəQalÖlkəniQoru həştəqləri ilə dünyanın #stayathomechallange'inə qoşularaq video-çağırışlar hazırlayır, sosial şəbəkələrdə paylaşır və daha çox insanın bu xüsusda məlumatlı olması istiqamətində fəaliyyət aparır.

“Diplomatiya könüllüləri” bütün gəncləri sosial media platformalarında bu həştəqlərdən istifadə edərək, vətəndaşlarımızın harada olmalarından asılı olmayaraq özünütəcrid qaydalarına riayət etmələrini dəstəkləməyə çağırır.