Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı sakinləri karantin rejiminə əməl edirmi?
Polis əməkdaşları reyd keçirir

26.03.2020 [15:38]

Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində 2020-ci il martın 24-də saat 00:00-dan etibarən xüsusi karantin rejimi elan edilib. Bu müddət ərzində digər zəruri tədbirlərlə yanaşı 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Polis əməkdaşları gün ərzində insanların sıx toplaşdığı yerlərdə reydlər keçirərək insanlarla maarifləndirici söhbətlər aparır, 65 yaşdan yuxarı insanlara evdən çıxmamağı tövsiyyə edir.