Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə yeni videoçarx hazırlayıb
26.03.2020 [16:16]
Xəbərin mətni
Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb.
Bakı Media Mərkəzindən AZƏRTAC-a bildirilib ki, videoçarxda xəstəliyin simptomları ilə bağlı şübhə yarandığı halda vətəndaşlarımıza özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdə qalmaq, dərhal şəxsi həkimlərinə və ya Təcili Tibbi Yardım Stansiyasına - 103 və 113 xidmətinə, yaxud 24 saat fəaliyyət göstərən qaynar xəttə - “1542”yə müraciət etmək tövsiyə olunur.