CƏMİYYƏT


"Azərenerji" ASC #evdəqal videoçarxı yayımladı

“Azərenerji” ASC koronavirus xəstəliyi ilə əlaqədar həyata keçirilən “#evdəqal” aksiyasına dəstək verib. Belə ki, ASC-nin İctimaiyyətlə Əlaqələr və Media Mərkəzi tərəfindən hazırlanan videoçarx yayımlanıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, videoçarxda “Azərenerji”nin əməkdaşları adından bu fikirlər səslənir. “Biz 24 saat gecə-gündüz fasilsiz olaraq növbətçilik qaydasında işləyərək evinizi elektrik enerjisi ilə təmin edəcəyik. Yetər ki, evdə qalın və həyatları xilas edin! Səbri evdə et Azərbaycan. Biz birlikdə güclüyük”.