MƏDƏNİYYƏT


İtaliyalı kolleksioner Mirko Kattai Qubanın “Hacıqayıb” xalçası haqqında

Dünyanı bürüyən koronavirus infeksiyasının ən çox yayıldığı ölkələrdən biri də İtaliyadır.
AZƏRTAC xəbər verir ki, bu gündən etibarən Azərbaycan Milli Xalça Muzeyinin sosial şəbəkələrində mütəmadi olaraq italyan dostlarının muzeylə bağlı fikirləri, videoları, onlar tərəfindən muzeyə hədiyyə olunmuş xalçalar haqqında məlumatlar bölüşüləcək. İlk olaraq, Mirko Kattainin muzeyimizə hədiyyə etdiyi Qubanın “Hacıqayıb” xalçası haqqında geniş məlumatlar verir. Qeyd edək ki, xalçanı muzeyə Mirko Kattai tərəfindən 2018-ci ildə hədiyyə edilib.