İDMAN


Avropa Boks Konfederasiyasının prezidenti Azərbaycan xalqına müraciət etdi

Avropa Boks Konfederasiyasının (EUBC) prezidenti Franko Falçinelli Azərbaycan xalqına müraciət edib.
AZƏRTAC xəbər verir ki, italiyalı funksioner dünyada yayılmaqda davam edən koronavirus pandemiyasına görə "Evdə qal, sağlam qal" kampaniyasına qoşulub.
Franko Falçinelli deyib: "Hörmətli azərbaycanlı dostlar, əziz boksçular, bu dramatik günlərdə bəşər tarixində gürünməmiş bəlaya qarşı mübarizə aparmaq məcburiyyətindəyik. Mübarizə apardığımız bu rəqib rinqdən kənardadır, əlcəksizdir və heç bir qayda tanımır. Biz bir komanda kimi güclü olmalı, bütün tibbi və sanitariya qaydalarına riayət etməli, maksimum dərəcədə təmasdan çəkinməli və ən asası evimizdə qalmalıyıq. Biz bu çətin mübarizənin sonunda qalib gələcəyik".