Zülfiyyə Xanbabayeva 73 yaşlı Solmaz xanımın virtual qonağı olub
04.04.2020 [15:22]
Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!” sosial layihəsi çərçivəsində xalq artisti Zülfiyyə Xanbabayeva 73 yaşlı Solmaz xanımın virtual qonağı olub.
Layihənin məqsədi koronavirus (COVID-19) virusu ilə əlaqədar Azərbaycanda davam edən xüsusi rejim dövründə #evdəqal kampaniyasına dəstək göstərməkdir.