Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə növbəti videoçarx hazırlayıb

04.04.2020 [15:36]

Xəbərin mətni

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq Bakı Media Mərkəzi, sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb.
Videoçarxda, ciddi zərurət olmadığı halda evdən çıxmamaq, təhsil, işləri internet və digər zəruri resurslar vasitəsilə evdə həyata keçirmək tövsiyə olunur. Virusa yoluxma riskini azaltmaq üçün xüsusi krantin rejimi qaydalarına ciddi riayət edilməsi və vətəndaşların evdə qalmasının vacibliyi göstərilir.