CƏMİYYƏT


Karantində hansı hallarda cərimə yazılmır - 4 sual, 4 cavab

Karantin rejimində evi tərk etmək qadağan olunduğu üçün SMS icazə sistemi tətbiq edilib. Bununla bağlı bəzi suallara videoda cavab tapmaq mümkündür. 

AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyindən Azərbaycanda xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran suallara aydınlıq gətirilib. Qeyd edək ki, bu gündən koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən xüsusi karantin rejimi çərçivəsində ölkədə müəyyən olunan hərəkət məhdudiyyətlərinin tətbiqinə başlanılıb.