CƏMİYYƏT


Qubada karantin rejiminə əməl etməyən çayxana sahibi cərimələnib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir. Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi İlkin Mirzəyev barəsində isə qanuna müvafiq qaydada tədbir görülüb.