DÜNYA


Parisin Orli hava limanı sanitar bazaya çevrilib

Fransada xəstəxanalar, xüsusilə də reanimasiya şöbələrində COVİD-19 xəstələrinə yer olmadığı üçün “uçan xəstəxana” adlanan təyyarə və helikopterlərlə belə xəstələr Almaniya, Lüksemburq, İsveçrə kimi qonşu ölkələrə, eləcə də ölkənin digər xəstəxanalarına təxliyyə edilirlər.
AZƏRTAC xəbər verir ki, İl-dö-Fransa regionundan ağır xəstələrin daşınması məqsədi ilə Parisin cənubunda yerləşən Orli hava limanı sanitar bazaya çevrilib. Hər gün yüzlərlə xəstə ölkənin digər xəstəxanalarına daşınır. Hava limanında səyyar hərbi xəstəxanalar təşkil edilib.
COVİD-19 epidemiyasının ən çox yayılmış olduğu Böyük Şərq və İl-dö-Frans regionlarından ağır xəstələr ölkənin digər xəstəxanalarına daşınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır