DÜNYA


Cənubi Koreya parlament seçkilərinə hazırlaşır

Cənubi Koreya ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə qızğın mübarizənin davam etdiyi vaxtda parlament seçkilərinə hazırlaşır.
AZƏRTAC Cənubi Koreyanın Dövlət Seçki Komissiyasına istinadla xəbər verir ki, aprelin 15-nə təyin olunmuş seçkilərdə səsvermə prosesi 14 min 330 məntəqə seçki komissiyasında təşkil olunacaq. Seçicilərin rahatlığı üçün məntəqə seçki komissiyalarının əksəriyyəti binaların birinci mərtəbəsində, habelə lift və ya eskalatorla təmin olunmuş binalarda yerləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır