CƏMİYYƏT


Şəmkirdə qadınlara qarşı cibgirlik edən şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərnişinlərin sıx olduğu vaxtlarda rayondaxili avtobuslarda cibgirlik edən, əvəllər dəfələrlə əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini, 56 yaşlı Rövşən İsmayılov saxlanılıb.
Araşdırma zamanı həmin şəxsin cari ilin fevral-mart aylarında avtobuslarda ümumilikdə 3 vətəndaşın çantasından pul, mobil telefon və digər qiymətli əşyalar oğurladığı müəyyən edilib.