Qırmızı Kitaba düşmüş quşları ovlayan Masallı sakini saxlanılıb
07.04.2020 [13:32]
Xəbərin mətni
Masallı rayonu Qədirli kəndində Qızılağac Milli Parkının xüsusi mühafizəsinin hüquqi rejim tətbiq edilən zonasında olan Böyük körfəz su sahəsində qanunsuz ov edən həmin kəndin sakini, 1968-ci il təvəllüdlü Çingiz Əməs oğlu Əmiraslanov saxlanılıb. Yoxlama zamanı ondan 1 ədəd taxta qayıq, 1 ədəd taxta avar, 1 ədəd qoşalüləli, sənədi olmayan, nömrəsiz ov silahı və həmin ov silahı ilə qanunsuz ovladığı 1 ədəd adi qaşqaldaq, 2 ədəd ördək və Qırmızı Kitaba düşən 1 ədəd Sultan toyuğu aşkar edilərək maddi sübut kimi götürülüb.