Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lerikə qar yağıb

07.04.2020 [14:59]

Xəbərin mətni

Aprel ayı olmasına baxmayaraq, dünən gecədən etibarən Lerik rayonuna qar yağıb.
AZƏRTAC xəbər verir ki, hazırda qarın yağması davam edir. Qarın qalınlığı Lerikin mərkəzində 5-6 santimetrə, dağlıq ərazilərdə isə 10-12 santimetrə çatıb.
Lerikdə qarın yağmasına baxmayaraq, nəqliyyatın hərəkətində, eləcə də əhalinin elektrik enerjisi və təbii qazla təminatında heç bir çətinlik olmayıb.