Nərimanov rayonunda koronavirusla mübarizə çərçivəsində tədbirlər davam etdirilir
07.04.2020 [16:17]
Xəbərin mətni
Azərbaycan Respublikası Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın göstərişlərinə uyğun olaraq koronavirusa (COVİD-19) qarşı mübarizə tədbirləri Nərimanov rayonu ərazisində də icra olunur.
Genişmiqyaslı tədbirlərin bir hissəsi olaraq Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə birgə rayonun küçələri, səkiləri, ödəmə terminalları və bankomatları, yaşayış binalarının həyətləri, girişləri, pilləkən qəfəsləri, liftlərində xüsusilə intensiv şəkildə dezinfeksiya işləri aparılır.