DÜNYA


İstanbulda yaşayış binasındakı partlayışın görüntüləri kameraya düşüb

İstanbulun Esenyurt rayonunda yerləşən onmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində şiddətli partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə yerinə çox sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub. Partlayış nəticəsində xəsarət alanlar ən yaxın xəstəxanalara çatdırılıblar.

Təbii qaz sızmasından meydana gələn hadisə nəticəsində ətrafdakı bir çox mənzil də zərər görüb.

Bölgədə təbii qazın verilməsi müvəqqəti dayandırılıb.