Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxub
08.04.2020 [17:12]
Xəbərin mətni
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına daha 105 yoluxma faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
İbrahim Məmmədov ölkədə yoluxma hallarının davam etdiyini diqqətə çatdırıb.