CƏMİYYƏT


Səbail rayonunda gizli fəaliyyət göstərən kafe aşkarlanıb

Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin fəaliyyətinin qadağan edilməsinə baxmayaraq, bəzi sahibkarlar tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbail Rayon Polis İdarəsi və 41-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Badamdar qəsəbəsindəki S.Məmmədov küçəsində yerləşən “Şərur” kafesinin xüsusi karantin rejimini pozaraq gizli şəkildə fəaliyyət göstərdiyi aşkarlanıb. Həmin kafenin sahibi Xətai rayonunda yaşayan Azər Nağıyev və obyektdə olan üç nəfər müştəri saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsinə gətirilib.