CƏMİYYƏT


Fuad Muradov: Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır

“Yüksəliş” müsabiqəsi işinə başlayan gündən sistemli və məqsədli iş prinsipi ilə həm dövlət, həm özəl strukturların etimadını qazandı. Bir çox qurumların mötəbər adamları, rəhbərləri bu layihə ətrafında birləşərək ölkənin potensial kadr bazasının yaradılması istiqamətində müştərək addımlar atdılar. Bununla da “Yüksəliş” müsabiqəsi Azərbaycanda fəaliyyət göstərən tanınmış şəxslərdən ibarət idarəçi rəhbərləri bir heyətdə toplamağı bacardı. Onlar peşəkar rəylərini, tövsiyələrini hər fürsətdə dilə gətirir, təcrübələrini bölüşürlər. Bu dəfə idarəçilikdə peşəkarlığın təməl şərtlərini səciyyələndirən meyarlarla bağlı sualları Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov cavablandırıb.