CƏMİYYƏT


Çinli gənclər Azərbaycana mənəvi dəstək videosu hazırlayıblar

Çinli gənclər Azərbaycanın yeni tip koronavirus (COVID-2019) pandemiyası ilə mübarizəsinə dəstək məqsədilə videoçarx hazırlayıblar.
AZƏRTAC xəbər verir ki, əsasən Çin Xarici İşlər Nazirliyi və ölkənin digər dövlət qurumları üçün kadrların hazırlanması ilə məşğul olan Pekin Xarici Dillər Universitetinin (PXDU) Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələri videoda belə çətin günlərdə Azərbaycan xalqı ilə həmrəy olduqlarını, Azərbaycanın pandemiya ilə mübarizəsinə dəstəklərini ifadə ediblər.