CƏMİYYƏT


İcbari Sığorta Bürosu koronavirusla bağlı sosial videoçarx hazırlayıb

Koronavirus pandemiyasından qorunmaq üçün tətbiq edilən karantin rejiminə İcbari Sığorta Bürosu (İSB) da dəstək verib. Belə ki, İSB “Evde qalın, eviniz sizi sığortalasın” şüarı altında sosial videoçarx hazırlayıb.
İSB-dən AZƏRTAC-a verilən məlumata görə, sosial videoçarxda müxtəlif yaş qrupundan olan vətəndaşların karantin rejimində evdə qalaraq həmrəylik nümayiş etdirməsi əks olunur.
İSB-nun əməkdaşlarının da çəkildiyi videoçarxın qəhrəmanları “Biz zamanında evimizi sığortaladıq, indi isə evimiz bizi sığortalayır” deyərək əhalini karantin rejiminə ciddi əməl etməyə, pandemiya ilə əlaqədar qlobal mürəkkəb şəraitdə özlərini, yaxın və doğmalarını virusdan qorumaq üçün evdən çıxmamağa çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır