DÜNYA


Türkiyədə yaşayış binalarına girərək lift düymələrinə, qapı zəngləri və pilləkanlara maye sürtən qadını polis hər yerdə axtarır

Hadisə Türkiyənin Kayseri bölgəsində baş verib. Türkiyə mətbuatının yazdığı məlumata görə, bir qadının yaşayış binalraına girərək əlindəki mayeni lift düymələrinə, qapı zəngləri və pilləkan sürahilərinə sürtməsi sakinləri təşvişə salıb. Binanın güvənlik kameraları vasitəsilə qeydə alınan görüntülər polisə təqdim edilib. Türkiyə polisi üzü maskalı həmin qadını hər yerdə axtarır.