CƏMİYYƏT


Binəqədidə karantin rejimini pozan çay evi aşkarlandı

Binəqədi qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çay evi aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində paytaxt sakini Səfalı Rüstəmovun qanunsuz olaraq özünə məxsus “Buta” adlı çay evi işlətdiyi məlum olub. Obyektə baxış zamanı orada olan müştərilərin xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. Obyektin sahibi Səfalı Rüstəmov və müştərilər saxlanılaraq Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə gətiriliblər.