CƏMİYYƏT


Alən Karbonel: Azərbaycan hökuməti mövcud böhranla bağlı müstəsna tədbirlər görüb

Azərbaycanda COVID-19 epidemiyası ilə bağlı vəziyyətə nəzarət hökumət tərəfindən aparılır. Sərhədlər, quru, hava və dəniz yolları bağlanıb, ölkədə karantin tətbiq olunub. Əhali testdən keçirilir, xaricdən gələn 4 mindən çox azərbaycanlı karantində saxlanılır.
AZƏRTAC xəbər verir ki, bu sözlər Fransanın SUEZ şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru, Fransa Xarici Ticarət Şurasının Cənubi Qafqaz üzrə prezidenti Alən Karbonel ölkəmizdə yeni koronavirus epidemiyası ilə bağlı vəziyyətdən danışarkən deyib.

Embed code:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır