CƏMİYYƏT


Azərbaycanın İtaliyaya göstərdiyi həmrəylik yenidən yerli mətbuatın gündəmindədir

Azərbaycan İtaliya ilə həmrəyliyini və yarımadanın COVID-19 virusuna qarşı apardığı mübarizəni dəstəkləyən daha bir aksiya edib. Bakı Media Mərkəzinin videoçarxından sonra aprelin 8-dən 9-na keçən gecə Bakıdakı Heydər Əliyev Mərkəzinin binası üzərinə İtaliya bayrağı videoproyeksiya olunub. Aksiya Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, sözügedən aksiya İtaliya mətbuatının gündəmindədir.