Çin Rusiyadan infeksiya axınına qarşı mübarizə tədbirlərini gücləndirib
11.04.2020 [17:30]
Xəbərin mətni
Çinin Rusiya ilə həmsərhəd zonada yerləşən Suyfenxe şəhərində qonşu ölkədən gələn və koronavirus (COVID-19) daşıyıcısı olanların yerləşdirilməsi üçün xüsusi xəstəxana istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, xarici ölkələrdən Çinə COVID-19 infeksiyasının axınının qarşısını almaq üçün həyata keçirilən sərhəd karantin tədbirləri çərçivəsində istifadəyə verilən müvəqqəti xəstəxana 13 mərtəbəli ofis binasında yerləşib.