Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ombudsman təsisatı #evdəqal həştəqi ilə videoçarx hazırlayıb

12.04.2020 [15:04]

Xəbərin mətni

Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın çağırışlarına uyğun olaraq, yeni növ koronavirus (COVID - 19) infeksiyasının qarşısının alınması ilə bağlı ölkəmizdə həyata keçirilən #evdəqal maarifləndirmə kampaniyası çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında çalışan əməkdaşların övladlarının iştirakı ilə videoçarx hazırlanıb.