CƏMİYYƏT


Dövlət Gömrük Komitəsinin mərkəzi aparatı aztəminatlı ailələrə yardım edib

Ölkəmizdə koronavirus infeksiyası ilə mübarizədə ilk gündən etibarən ön sıralarda yer alan gömrükçülər həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlərin uğurla reallaşdırılması üçün bütün səylərini səfərbər ediblər. Dövlət Gömrük Komitəsinin (DGK) mərkəzi aparatı da bu məqsədlə aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardım aksiyasına növbəti töhfəsini verib.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, könüllü gömrükçülərin iştirakı ilə 70-dən çox ailəyə baş çəkilib, onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylanıb, ailələrlə profilaktik söhbətlər aparılıb, onlara xüsusi karantin rejimi dövründə evdə qalmaları tövsiyə edilib.