Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda 16° isti olacaq

13.04.2020 [13:32]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10°, gündüz 13-17° isti, Bakıda gecə 8-10°, gündüz 14-16° isti olacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI