CƏMİYYƏT


Şəmkirdə evlərdən oğurluq edən şəxs yaxalanıb

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvar, fevral və mart aylarında rayon ərazisində üç fərdi evdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyənləşdirilib ki, əvvəllər məhkum olunmuş, rayonun Çinarlı kənd sakini, 28 yaşlı Nicat Kərimov Şəmkirin Aşağı Seyfəli kəndindəki evlərə gizli yolla daxil olaraq oradan ümumi olaraq, 14300 manat dəyərində qızıl-zinət əşyaları və 850 manat dəyərində nağd pul oğurlayıb. Saxlanılan şəxs ifadəsində törətdiyi oğruluq hadisəsini etiraf edib və bildirib ki, oğurladığı qızıl-zinət əşyalarını sataraq pulunu Bakıda xərcləyib.