CƏMİYYƏT


FHN-də qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq aprelin 13-də Fövqəladə Hallar Nazirliyində könüllü qanvermə aksiyası keçirilib.
Qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə Qan Bankının tibbi personalının iştirakı ilə FHN-in Tibb Xidmətinin Tibb Mərkəzində təşkil olunub. Aksiyada Nazirliyin şəxsi heyəti könüllü olaraq qan verib.