CƏMİYYƏT


Qubanın Qonaqkənd qəsəbəsində yeni mədəniyyət evi və parkın tikintisi may ayında yekunlaşacaq

Qubanın Qonaqkənd qəsəbəsində yeni mədəniyyət evinin və parkın tikintisi may ayında başa çatacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəsəbədə tikilən yeni mədəniyyət evində mədəni tədbirlərin keçirilməsi, yerli folklor qruplarının, dərnəklərin fəaliyyəti nəzərdə tutulub. Ümumi sahəsi 350 kvadratmetr olan binada 55 nəfərlik tamaşa zalı, oxu zalı və başqa xidməti otaqlar fəaliyyət göstərəcək.